Səma
İyul 30, 2008 15:42


Açar sözlər:


Danışanda asta olun, badımcan, hər şeyi eşidir, məlum məsələ: qulağı var)).
Ya da kim necə istəyir, elə də adlandırsın, məsələn, QULP..))


Keçən dəfə şəkillərin biriniyerləşdirəndə qeyd etmişdim ki, artıq bəyaz gecələr yavaş-yavaş uzanmağa başlayır. Dünən, yəni iyun ayının 21-dən 22-nə keçən gecə ən zun bəyaz gecədir. Digər bloqum "Mürəkkəb dolu qələm"də bu barədə bu gün yazacağam inşallah, maraqlansanız keçib baxa bilərsiniz.
Burda isə dünən eyvandan çəkdiyim şəkilləri yerləşdirirəm.
Sankt-Peterburq, 21 iyun, saat: 23:20 :))
Gecə saat 12-yə 20 dəqiqə işləyir, günəş otağa elə işıq saçır ki, Allaha qurban olum))






Buldları o qədər çox sevirəm ki, dünən elə gözəl görünürdülər ki, dayana bilmədim, çəkdim. Heyif ki, cərəyan xətlərini aradan götürmək olmur, nə etməli?! Yenə də gözəldir göy üzü, elə deyilmi?

Artıq havalar yavaş-yavaş düzəlir. Burda, yəni Sankt-Peterburqda havalar açılan kimi, bəzi yerlərdə fəvvarələr qoşlur. Bu da həmin fəvvarələrdən biri. Eləcə də çayları üstündə.

Fəvvarədən yaranan qurşağ. Gözəl mənzərə yaranır.

Artıq bəyaz gecələr başlayıb. Saat 10-da belə hava günəşli olur. Bir tərəfdə günəş, digər tərəfdə ay çıxır. Bu da axşamın bir vaxtında otağa pəncərədən əks olunan günəşin işığı. Xoşuma gəldi çəkdim.

